Qadın 5-ci mərtəbədən yerə yıxıldı – Sağ qaldıbackend

Qadın 5-ci mərtəbədən yerə yıxıldı – Sağ qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, sabah N. Abbaszadənin xalası qızının evində təmizlik işləri aparırmış.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az