Vahid Əhmədov: “Məmurlar başa düşməlidirlər ki…”backend

Vahid Əhmədov: “Məmurlar başa düşməlidirlər ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda prezident İlham Əliyev ilin ilk 6 ayında ölkəmizin istisadiyyatında müşahidə olunan tendensiya barədə bütün sahələrdəki durumu əks etdirən geniş çıxış edib.

Prezident çıxışında inkişafla yanaşı bir sıra rayonlarda məhsuldarlığın azlığından da danışıb, rayonların rəhbərlərinə xəbərdarlıq şəklində tapşırıq verib. Ekspertlərə görə, prezidentin bu fikirləri rayonların rəhbərliyinə əslində xəbərdarlıqdır və bir sıra icra başçıları ilin sonunda vəzifələrini itirə bilərlər. Çünki ölkə başçısı 6 aydan sonra – dekabrda onlardan hesabat tələb edəcək. İşində dönüş yaratmayanlar üçün qarşıda cəmi 6 ay vaxt qalıb desək, yanılmarıq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, prezidentin Nazirlər Kabinetinin iclasında giriş və yekun nitqi zamanı ölkə iqtisadiyyatındakı vəziyyətlə bağlı açıqladığı faktlar, rəqəmlər inkişaf prosesinin getdiyinin göstəricisidir: “Cənab prezident istisadiyyatın bütün sahələrinin inkişafını qarşısına hədəf qoyduğunu bir daha əyani şəkildə nümayiş etdirmiş oldu. Ölkə başçısının çıxışından və tapşırıqlarından hər bir vəzifəli şəxs, o cümlədən rayonların icra hakimiyyətləri nəticə çıxarmalıdır. Son zamanlar kənd təsərrüfatına olan diqqət digər sahələrə olan diqqətdən daha yüksəkdir. Çıxışından da bir daha göründü ki, kənd təsərrüfatına diqqəti birincisi cənab prezident yüksək səviyyədə saxlayır. Prezident Administrasiyası bu işlə çox ciddi məşğuldur. Kənd Təsərrüfatı Nazirliyinin qaldırdığı bütün məsələlər sərəncamlar və yardımlar verilməklə, vəsaitlər ayrılmaqla həll olunur. Belə bir vəziyyətdə bu sahədə heç bir problem olmamalıdır.
Mən diqqət edirəm və görürəm ki, kənd təsərrüfatı məhsullarının ixracatı artıb. Hansısa yerlərdə problemlər meydana çıxırsa, məncə, bu, artıq yerli icra hakimiyyəti orqanlarının problemidir. Çünki ölkəyə kifayət qədər texnika alınıb gətirilib və gətirilməkdə də davam edir. Əksər rayonlarda texnika ilə əlaqədar mərkəzlər yaradılıb. Yerli icra hakimiyyəti orqanları işləri elə qurmalıdır ki, fermerlər problem yaşamasınlar. Taxılçılıq sahəsinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də diqqət böyükdür. Bəzi yerlərdə ortaya çıxan problemlər çox güman ki, rayon rəhbərliyinin fəaliyyətinin yetərli olmamasından qaynaqlanır. Rayon icra hakimiyyəti orqanları başa düşməlidirlər ki, kənd təsərrüfatının inkişafı onların fəaliyyətindən çox asılıdır.

Əgər hansısa məsələni öz gücləri hesabına həll edə bilmirlərsə, mərkəzə müraciət eləməlidirlər. İnkar etmək olmaz ki, yaxşı işləyən icra hakimiyyətləri var. Elələri var ki, işə can yandırır, işlərini düzgün qura biliblər. Amma elə icra hakimiyyəti orqanları da var ki, rayonun inkişafı, kənd təsərrüfatının dirçəldilməsi üçün insanların yaşayışı ilə maraqlanmırlar. Onlar ölkə başçısının tapşırığından ciddi nəticələr çıxarsalar işin xeyrinə olar\”.

İnterpress.az