Azərbaycanda dolma festival olacaqbackend

Azərbaycanda dolma festival olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, festival Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə təşkil edilir.
Qeyd edək ki, 2018-ci ildə isə dolmanın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına salınması gözlənilir.
Tədbir regionlarda mövcud olan digər dolma növlərinin aşkarlanması, qədim dolma növlərinin bərpası, yeni əmələ gələn növlərin üzə çıxarılması, rayonlararası mübadilənin inkişafı, daha çox dolma növlərinin restoran və qida sənayesinə gətirilməsi məqsədi daşıyır.
II Beynəlxalq Dolma Festivalında 40-a yaxın bölgədən Azərbaycanın hər evində hazırlanan və qədim Azərbaycan mətbəxinə aid olan 300-dən artıq milli dolma sərgilənəcək. Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər də hər ölkənin ənənələrinə uyğun xörəklərin sərgisini təşkil edəcəklər.
Tədbirdə Milli Məclis üzvləri ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının rəhbərləri və nümayəndələri, diplomatik nümayəndəliklər iştirak edəcək. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı təşkil olunacaq.
Festivalın rəsmi açılışı Xaçmaz şəhəri \”Çənlibel\” parkında baş tutacaq.

İnterpress.az