Səudiyyə Ərəbistanı şahzadəsi Abdurrahman vəfat etdibackend

Səudiyyə Ərəbistanı şahzadəsi Abdurrahman vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyinə SPA-da yayımlanan Kral Məhkəməsinə aid şərhdə, Kral Səlman bin Əbdüləziz Al Səudun böyük qardaşı Əbdüləzizin 86 yaşında həyatını itirdiyi açıqlandı.

Əbdüləzizin cənazə namazının sabah Məkkə şəhərində Kəbənin olduğu Məscidi-Haramda qılınacağı ifadə edildi.

Mərhum Kral Əbdüləziz Al Səudun yoldaşı Şahzadə Hisse bint Əhməd əs-Sudeyrinin altıncı uşağı olan Əbdüləziz 1931-ci ildə doğulmuşdu.

ABŞ-ın San Diego şəhərindəki hərbi fakultəni bitirən Əbdüləziz sonra California Universitetində İqtisad Fakültəsində də oxumuşdu.

Əbdüləziz, 1983-2011 illəri arasında Müdafiə və Aviasiya nazir yardımcılığını etmişdi.

İnterpress.az