Moskvada yaşayan erməni Zəhranın və nənəsinin məzarını ziyarət etdibackend

Moskvada yaşayan erməni Zəhranın və nənəsinin məzarını ziyarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Platformanın mətbuat xidmətindən verilən məlumata görə, Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Moskvaya köçüb, lakin Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə səbəbindən vətəninə qayıda bilməyib.

Azərbaycana səfərinin ilk günü Oksana Altunyan Fəxri Xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra o, şəxsiyyətinin formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovun da məzarlarını ziyarət edib.

Bundan sonra Oksana Altunyan şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib və orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələrini bölüşüb. O, Bakıda erməni və azərbaycanlılar arasında münaqişənin yarandığı zaman öz ailə üzvlərinin qonşuları tərəfindən necə xilas edildiyindən bəhs edib. Oksana Altunyan qeyd etdi ki, siyasətdən uzaq olan, münaqişədən zərər çəkmiş insanların doğma vətənlərinə qayıtması çox vacib və zəruridir.

Növbəti gün “Ermənistan-Azərbaycan Sülh Platforması”nın üzvləri Oksana Altunyan və Dilarə Əfəndiyeva, o cümlədən Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev Füzuli rayonunun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarını ziyarət ediblər. Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı, verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib.

Oksana sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarını öz səylərini birləşdirməyə çağırıb: “Biz cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi mən də azərbaycanlılar və ermənilər arasında sülhün bərqərar olmasını istəyirəm. Bunun üçün də hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır”.

Oksana Altunyan Bakıda yerləşən erməni kilsəsini ziyarət edib. Burada Oksana nadir kitab nüsxələri, əlyazmaları və ermənistan ədəbiyyatının unikal inciləri ilə tanış olub, bu inciləri qoruduqlarına görə kitabxananın işçi heyətinə öz təşəkkürünü bildirib.

Oksana Altunyan onu bürüyən hisslər haqqında danışıb. 30 ildə Bakının daha da gözəlləşdiyini qeyd edən Altunyan illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hisslərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğulayıb.

Oksana Altunyan yaradılan bu fürsəti ona yaratdıqları üçün “Ermənistan-Azərbaycan Sülh Platforması”nın üzvlərinə öz dərin minnətdarlığını bildirib.

Moskvada yaşayan erməni Zəhranın və nənəsinin məzarını ziyarət etdi

İnterpress.az