Erməni taksi şirkəti Bakıya gəlirbackend

Erməni taksi şirkəti Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müqavilə şərtlərinə görə, Uber və “Yandex taxi” yeni birləşdirilmiş şirkətə müvafiq olaraq, 225 mln. və 100 mln. dollar vəsait yatıracaqlar.

Tərəflər şirkətin dəyərini 3.725 mlrd. dollar qiymətləndirirlər. Pay bölgüsü isə aşağıdakı kimi olacaq – 59,3% “Yandex taxi” şirkəti, 36,6% – Uber, 4,1% – yeni şirkətin əməkdaşları.

Şirkətə isə “Yandex taxi”nin baş direktoru Tiqran Xudaverdyan başçılıq edəcək.

Şirkətlərin məlumatında qeyd olunur ki, saziş sayəsində Uber Rusiya, Ermənistan və Gürcüstanın artıq “Yandex taxi” xidmətinin işlədiyi şəhərlərinə, “Yandex taxi” isə – Uberin fəaliyyət göstərdiyi Azərbaycan bazarına çıxış edəcək.

Əlbəttə, baş verənlər dünya iqtisadiyyatında gedən təbii proseslər kimi qəbul olunur. Böyük şirkətlərin birləşməsi adi haldır. Lakin hazırkı məqamda mühüm olan məsələ odur ki, bu saziş bir erməninin rəhbərlik etdiyi şirkətin Azərbaycan bazarına daxil olmasından xəbər verir. Beləliklə, bundan sonra Bakıda Uberin xidmətlərindən istifadə etmiş hər bir azərbaycanlı bilavasitə həmin erməni Tiqran Xudaverdyanın rəhbərlik etdiyi şirkətə xidmət etmiş olacaq.

İnterpress.az