“İnter” “Qalatasaray”la qarşılaşa bilərbackend

“İnter” “Qalatasaray”la qarşılaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə yeni qoşulacaq 25 klub iştirak edib.

Onlar növbəti raundun 29 cütünü təşkil edib. Azərbaycan klublarından “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibləri bilinib.

Belə ki, bu komandaların yer aldığı cütlərin qarşılaşacağı rəqibə aydınlıq gəlib.

“Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək.

“Astra” – “Zirə” qarşılaşmasında güclü olan komanda isə “Aleksandriya” (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bakı \”İnter\”i isə növbəti mərhələyə adını yazdıra bilsə \”Östersun\” – \”Qalatasaray\” cütünün qalibi ilə qarşılaşacaq.

İnterpress.az