Əsəbisiniz?- Armud yeyinbackend

Əsəbisiniz?- Armud yeyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qədim kitablarda göstərilir ki, armud Şah Abbasın vaxtında İsfahanda yetişdirilməyə başlanılıb. O zaman armuda \”Abbasi\” adı verilibmiş.
Armud tez həzm olunur, tumu isə bərkidicidir. Tumu mədə-bağırsağı təmizləyir. Armudun üstündən su içmək olmaz, köp yaradır. Yaşlı insanlar armudun sulu ve dəymişini yeməlidir.
Armudun şirəsini sıxarkən qabığlı sıxmaq lazımdır.
Armud ürək-qara ciyər üçün də faydalıdır. Ancaq yeyərkən qabığının soyulub yeyilməsi məsləhətdir. Çünki mədədə ağırlıq yarada bilər.
Revmatizm xəstəliyinə də çox kömək edir.
Armud həmçinin orqanizmdən zəhərli maddələri dəf edir, rəngi təravətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır.
Meyxoş armud şəkər xəstələri üçün münasibdir.
İştahı artırır, qan təzyiqini tənzimləyir, ürəkbulanmanın qarşısını alır, öd kisəsi üçün faydalıdır.
Mədə pozğunluğu zamanı armudun bərk və susuz olan yabanı növlərindən yemək məsləhətdir.
Böyrək və sidik kisəsində daşı olanlara 50 qr armud yarpağı, bir o qədər də alma yarpağı bir yerdə dəmlənilib içilməlidir. Armud böyrəklər və böyrək daşları üçün faydalı meyvədir.
Bundan başqa armud, sidik yollarındakı iltihabları təmizləyir, sidiyə çıxmağa kömək edir.
Qanı təmizləyərək menstruasiyanı normallaşdırır. Qəbizlikdə armud yaxşı təsir edir.
Həzm sistemini qüvvətləndirir, susuzluğu yatırır.
Zehni gücləndirmək üçün də yaxşı qida hesab olunur.
Hamiləlik dövründəki qusmalara, oynaq problemlərinə kömək edir.
Armud duz baxımından zəngindir. Həzmi yaxşılaşdırır, ürəyin qüvvətlənməsinə, soyuqdəymə və qrip xəstələrində halsızlığın sovuşdurulmasında ən böyük nemətdir.
Əsəbi hallarda yeyilən armud insanı sakitləşdirə bilər.

Əsəbisiniz?- Armud yeyin

Əsəbisiniz?- Armud yeyin

Əsəbisiniz?- Armud yeyin

İnterpress.az