Yerusəlimdə atışma: ölən və yaralananlar varbackend

Yerusəlimdə atışma: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polisə hücum edən üç nəfərin atəşi nəticəsində iki adam həlak olub, daha bir nəfər yaralanıb.
Hücum edənlər daha sonra öldürülüb.
Polisin məlumatına əsasən, hücumçular Qədim şəhərin Şir darvazası qarşısında qəflətən atəş açmağa başlayaraq Məbəd dağında gizlənməyə çalışıblar.
Ancaq polis onların yerini aşkar etdikdən sonra atışma gedişində hücumçuların üçü də öldürülmüşdü.
Yerli medianın məlumatına əsasən, ölənlərin üstündə odlu silah və bıçaqlar tapılıb.
Hücumçuların kimliyi barədə məlumat açıqlanmır.

Hazırda baş vermiş hadisə ilə bağlı Məbəd dağına giriş bağlanıb, ziyarətçilər ərazidən evakuasiya olunub.
Məbəd dağı – yəhudilər və müsəlmanlar üçün müqəddəs bir yer sayılır.
Məbəd dağı Şərqi Yerusəlimdə (Şərqi Qüdsdə) yerləşir.
Fələstinlilər Şərqi Yerusəlimdə öz gələcək dövlətlərinin paytaxtı sayır, İsrail isə təkid edir ki, şəhər bütünlükdə İsrail dövlətinin vahid və bölünməz paytaxtıdır. (bbc)

İnterpress.az