Doğuşdan sonra ölən ananın yaxınları xəstəxanaya hücum etdilər — VİDEObackend

Doğuşdan sonra ölən ananın yaxınları xəstəxanaya hücum etdilər — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri 2 nömrəli Doğum Evində 29 yaşlı Gülsüm Əliyeva üçüncü dəfə doğuş edib.

Üç kiloqram iki yüz qram çəkisində qız uşağı dünyaya gəlib. Bundan sonra xəstədə qanaxma başlayıb.

İnterpress.az ARB-yə istinadən bildirir ki, Gülsüm Əliyevanın yaxınları xəstəxananın Ginekologiya şöbəsinin şüşələrini sındırıblar.

Şikayət əsasında qadının meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu, son 3 ayda Sumqayıtda doğuş zamanı baş verən ikinci ana ölümüdür.

İnterpress.azhttps://youtube.com/watch?v=_XKd48jSPtY