AZAL-ın təyyarəsi Moskvada məcburi eniş etdibackend

AZAL-ın təyyarəsi Moskvada məcburi eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

\”Təyyarə Moskvadan Sankt-Peterburqa uçmaq üçün icazə alıb. Təyyarə uçuşqabağı bütün prosedurlardan keçib və artıq uçuşa başlamaq üzrədir. Həmin müddətdə sərnişinlər təyyarədə olublar və onların rahatlığının təmin olunmasını üçün isə bütün tədbirlər görülüb\”, – deyə P.Kəsəmənski əlavə edib.

Xatırladaq ki, bu gün Sankt-Peterburqun \”Pulkovo\” hava limanında keçirilən xüsusi tədbirlə əlaqədar olaraq AZALın “Airbus A320” təyyarəsi \”Domodedovo\” limanına yönləndilirilib və orada eniş edib. Təyyarənin göyərtəsində 163 sərnişin və 7 heyət üzvü var.

AZAL məsələ ilə bağlı bildirib ki, müvafiq icazə alındıqdan sonra “Airbus A320” təyyarəsi Moskvadan Sankt-Peterburqa uçacaq: \”Sankt-Peterburqdan Bakıya olan reys də öz növbəsində yubanır\”.

İnterpress.az