Bakıda 18 yaşlı gəncə 8 bıçaq xəsarəti yetirilibbackend

Bakıda 18 yaşlı gəncə 8 bıçaq xəsarəti yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\” xəbər verir ki, hadisə Nərimanov rayonunda, \”Şuşa\” restoranının yaxınlığında, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb.
Belə ki, həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə naməlum şəxs (və ya şəxslər) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Abdullayevə 8 bıçaq zərbəsi endirilib.

Xəsarət almış gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlanılıb.

İnterpress.az