Damarları möhkəmləndirir, elastikliyini artırır – Göyəmbackend

Damarları möhkəmləndirir, elastikliyini artırır – Göyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyəmin güllərindən və yarpaqlarından çox faydalı müalicəvi çay hazırlayırlar. Bu çay bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yüngül işlətmə dərman kimi təsir edir, orqanizmdən toksinləri və şlakları xaric edir, sakitləşdirir.
5 x.q. gül və (və ya) yarpaq termosda 1 l qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla içilir.
Göyəmin meyvələri damarları möhkəmləndirir, onların elastikliyini artırır.
Fitonsidlərlə zəngin olan göyəm mikrob əleyhinə təsirə malikdir.
Göyəm və göyəm kompotu diareya (ishal) zamanı çox yaxşı kömək edir, bağırsaqları \”yığır\”, bağırsaqlara antiseptik təsir edir.
Göyəm antosian maddələrlə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmdə hüceyrə səviyəsində qocalma proseslərini ləngidir, insanın həyatını uzadır.
Həmçinin antosian maddələri gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, göz yorğunluğunu azaldır. Bütün bunlar görmənin yaxşılaşmasına kömək edir.
Göyəmin bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq göyəm qastrit və xora xəstəliklərindən əziyyət çəkən insanlar üçün ziyanlıdır. Bundan əlavə göyəm allergik reaksiyalara səbəb ola bilər.

Damarları möhkəmləndirir, elastikliyini artırır - Göyəm

İnterpress.az