Sağlamlığınız üçün doğru bəsləninbackend

Sağlamlığınız üçün doğru bəslənin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

*Hər gün bir diş sarımsaq yeyin

Sarımsağ orqanizimdəki xəstəliyə səbəb ola biləcək maddələri demək olar ki, yarıbayarı (48%) azaldır. Bundan başqa, sarlmsaq beynin yaşlanmasının qarşısını almaqla yanaşı xolestrol səviyyəsini də aşağı salır.

*İdmanla məşqul olun

Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.

*Kəpəkli məhsullar xərçəngdən qoruyur

Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.

*Meyvə tərəvəzi süfrənizdən əskik etməyin

Meyvə-tərəvəz xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur.

*Fast-food yeməklərini birdəfəlik unudun

Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.

*Bel ağrısına qarşı hərəkət edin

Araşdırmalar göstərir ki bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.

*Süfrənizin bəzəyi balıq

Balıq yemək infarkt ehtimalını azaldır. Bundan başqa, balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.

*Duzu azaldın

Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur. Ona görə də gündə 5 qr duz yemək kifayətdir.

*Qəhvənin faydaları

Araşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir. Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur.

*Çay nədir, say nədir?

Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər.

*Hər pəhrizə aldanmayın

Həftədə 2-3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox, uzun müddət üçün həyata keçirməyə çalışın.

Sağlamlığınız üçün doğru bəslənin

*Artıq çəkiyə diqqət

Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır. Artıq çəkidən xilas olmaq ürək, xərçəng, oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.

*Seleniuma ehtiyacımız var

Selenium daha çox fındıq-fıstıq, balıq və taxıl məhsullarında olur. Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37% azalır.

*Xolesterol səviyyəsini aşağı salın

İdmanla məşğul olmaq yağı,duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.

*Stresə qarşı mübarizə aparın

Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.

*Siqaretə yox

Siqareti atmaq artıq çox asandır. İndi bunun üçün saysız hesabsız vasitələr var. Məsələn nikotin lentləri, saqqızlar, iynə ilə müalicə və s.

*Yuxusuz qalmayın

Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.

*Hər gün vitamin qəbul edin

Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.

*Dərinizi nəmləndirin

Dəriniz üçün yayda günəşdən,qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin.

*Dişlərinizi qoruyun

Böyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır.Alma,portağal,yerkökü,ispanaq kimi lifli qidalar da dişləri qoruyur.

*Su içməyi unutmayın

Gündə 5stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50%azalır

*Sağlamlığınız üçün “DOST OLUN?”

Mütəxəssislər dostluq münasibətlərinin yaddaşı möhkəmləndirdiyini söyləyirlər.

*Ən təhlükəsiz peşə

Mütəxəssislərə görə ticarət işi ilə məşğul olanlar peşə xəstəliklərinə daha az tutulurlar.

Sağlamlığınız üçün doğru bəslənin

İnterpress.az