Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət verildibackend

Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİM-in mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, dəyişikliklərdən sonra DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri ilə yanaşı \”bakalavriat səviyyəsində hazırlıq qruplarına” da , mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək. DİM eyni zamanda bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını müəyyən edəcək (Təhsil Nazirliyi ilə razılaşdırmaqla) və həmin qruplarda tədrisin sonunda buraxılış imtahanlarını keçirəcək.

Nizamnaməyə edilmiş dəyişikliklər aşağıdakılardır:

1. 1.1-ci yarımbənddə \”ali və orta ixtisas təhsili müəssisələrinə” sözlərindən sonra \”, bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri əlavə edilsin;

2. 2.1.2-ci yarımbənddə \”səviyyələrinə,” sözündən sonra \”bakalavriat səviyyəsində hazırlıq qruplarına,” sözləri əlavə edilsin;

3. 2.1.3-cü yarımbənddə \”keçid ballarını,” sözlərindən sonra \”bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını,” sözləri əlavə edilsin;

4. aşağıdakı məzmunda 2.1.3-1-ci yarımbənd əlavə edilsin:
\”2.1.3-1. \”Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;”;

5. 3.1.10-cu yarımbənddə \”keçirmək” sözündən sonra \”, ödənişli elektron xidmətlər göstərmək” sözləri əlavə edilsin;

6. aşağıdakı məzmunda 3.1.10-1-ci yarımbənd əlavə edilsin:
\”3.1.10-1. təsərrüfat cəmiyyətləri yaratmaq;”.

İnterpress.az