Normal qidalanmamaq “Alçheimer” xəstəliyini sürətləndirirbackend

Normal qidalanmamaq “Alçheimer” xəstəliyini sürətləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alçheimer dövrün ən əhəmiyyətli xəstəliklərindən biridir. 2050-ci ildə dünyada bu xəstəliyin ən çox Meksika, Hindistan, Çin və Türkiyədə yayılmasının güman edilir. Həkimlər bildiriblər ki, \’\’ Xüsusilə dövrün xəstəliyi olaraq qəbul edilən şəkər xəstəliyi və normal qidalanmamaq alçheimer xəstəliyini sürətləndir. Bədəndə insulin müqavimətinə gətirib çıxaran bol miqdarda şəkər ehtiva edən qazlı içkilər, içərisində zərərli yağların olduğu qızartma yeməklər bədənin damar və sinir hüceyrələrində problemlərə səbəb olar. Bütün bu hadisələrin içərisində yaddaş və yaddaşla əlaqədar bir çox problem də özünü göstərməyə başlayar.\’\’ Xəstəliyin yaşlılıq dövründə özbaşına meydana gəldiyi istiqamətində səhv düşüncələr olduğunu bildirən həkimlər qeyd ediblər ki, \’\’Bu xəstəlik qocalanda özbaşına yaranan xəstəlik deyil. Bu xəstəliyi təyin edən uşaqlıq və orta yaş dövründəki qidalanma vərdişlərimizdir. Əgər uşaqlarımıza, gənclərə sağlam qidalanmanın əhəmiyyətini başa sala bilsək, ürək, damar və beyin sağlamlıqlarını qoruya bilərik. Normal qidalanma rejimi olmasa, alçheimer və iflic kimi müxtəlif xəstəliklər yaranacaq.\’\’

İnterpress.az