Qızmar hava davam edəcəkbackend

Qızmar hava davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən İnterpress.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37°, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

İnterpress.az