Aeroporta gedən yolda zəncirvari qəza – Ölənlər varbackend

Aeroporta gedən yolda zəncirvari qəza – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, hava limanı istiqamətində hərəkət edən \”Daewoo\” və \”Volkswagen Passat\” markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər \”Vaz 2107\” markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də, sərnişinlərdən heç biri xəsarət almayıb.

Lakin \”Daewoo \”markalı avtomobildə olan sürücü və sərnişin ölüb. Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

İnterpress.az