Naxçıvanlı iş adamını Ukraynada oğurladılarbackend

Naxçıvanlı iş adamını Ukraynada oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Ölkə.Az”-a Ukraynadakı Azərbaycan diasporundan məlumat verilib.

Məlumata görə, Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan Ruslan Mirzəyev ötən həftə evdən Kiyevə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Həmin vaxtdan sonra onunla bütün əlaqələr kəsilib.

Luqansk polisi itkin düşən Ruslan Mirzəyevin axtarışına başlayıb. Onun Ukraynadakı cinayətkar qruplar tərəfindən oğurlanması istisna edilmir.
Diaspordan bildirilib ki, Ruslan Mirzəyev uzun müddətdən bəri Ukraynada yaşayır və kənd təsərrüfatı biznesi ilə məşğul olur.

Xatırladaq ki, son bir ildə Ukraynada azərbaycanlı iş adamlarının və yaxud onların övladlarının itkin düşməsi və oğurlanması halları mütəmadi hal alıb. Bu müddət ərzində 25-dən çox azərbaycanlının yoxa çıxması faktı aşkarlanıb. Bununla bağlı Ukrayna Baş Prokurorluğunda ötən il cinayət işi başlanılsa da, hələlik nəticə yoxdur.

İnterpress.az