“Prezidentlərin görüşü görüş xatirinə keçirilməməlidir”backend

“Prezidentlərin görüşü görüş xatirinə keçirilməməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirin sözlərinə əsasən Azərbaycan və Ermənistan prezidentərinin görüşündə Qarabağ münaqişəsi üzrə konkret plan müzakirə edilməlidir və onun implementasiyasını təmin etmək lazımdır.

Azərbaycanlı diplomat bəyan edib: \”Görüşdə dövlət başçıları səviyyəsində görüş keçirmək barədə təklif səsləndirilib. Xarici işlər nazirləri isə bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar. Görüşlər münaqişənin həlli prosesində vacib elementdir\”.

Amma \”bu görüşlər görüş xatirinə keçirilməməlidir\”-deyə nazir qeyd edib.

\”Əgər prezidentlər səviyyəsində görüş təşkil edilirsə, düşünürəm ki, münaqişənin həlli və onun implementasiyası həmsədrlərlə müzakirə edilməlidir. Bu səbəbdən biz həmişə danışıqların substantiv xarakterinin vacibliyini vurğulayırıq\”.

İnterpress.az