ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayırbackend

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb mətbuatının xəbərinə əsasən bu barədə Ağ Evdəki mənbələr məlumat verib. Yeni məhdudlaşdırıcı tədbirlər ölkənin \”pis davranışı\”na və nüvə proqramına cavab olacaq.

ABŞ prezidenti Donald Trampın administrasiyasından bildiriblər ki,İran hələ də regional stabilliyə və Birləşmiş Ştatların maraqlarına ən böyük təhlükə olmaqda qalır.

Bununla yanaşı sanksiyalar \”birgə hərtərəfli fəaliyyət planı\”na şamil edilməyəcək. İran bu sənədi 2015-ci ildə bəzi dövlətlər və ABŞ-la imzalayıb. Rəsmi Vaşinqton bu sənədin çərçivəsində İrana qarşı bəzi sanksiyaları ləğv etmişdi.

Qeyd etmək lazımdır ki, ABŞ-ın Tehrana qarşı raket proqramı və insan hüquqları üzrə sanksiyaları qüvvədə qalır. Eyni zamanda İran hökumətinin terroru dəstəklədiyi barədə şübhələri də davam etməkdədir.

İnterpress.az