Deputatdan repressiya qurbanları ilə bağlı təklifə dəstəkbackend

Deputatdan repressiya qurbanları ilə bağlı təklifə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil Mustafa Elman Eldaroğlunun təklifini dəstəklədiyini bildirib:

“Maraqlı təklifdir. Ancaq fikrimcə bir problem yarana bilər. Azərbaycan üçün bu repressiyalar 1920-ci ilin 28 aprelindən sonra başlayır. Ona görə də 80 illik deyil, ümumi olaraq Sovet rejiminin repressiya qurbanlarının anım günü olması daha məqsədəuyğundur. Bunun üçün simvolik olaraq 1937-ci il represiyalarına start verilən tarixi seçmək olar. Həmin tarixdə millətimizin repressiyanın mahiyyətini anlayan insanları, babaları, nənələri repressiyaya məruz qalmış vətəndaşlarımız müəyyən olunmuş yerləri, qəbirləri, abidələri ziyarət etməklə o insanlara sayğılarını ifadə edə bilərlər. Bu tarixi həqiqətən unutmaq olmaz”.

Fazil Mustafa məsələ ilə bağlı Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış edə biləcəyini də vurğulayıb.

İnterpress.az