İran o sözü tələffüz etdi: Döyüş!backend

İran o sözü tələffüz etdi: Döyüş!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Zərif, Yəməndəki hadisələrin İran və Səudiyyə Ərəbistanı arasında birbaşa bir döyüşə səbəb olmamasını ümid etdiyini ifadə etdi.
New Yorkdakı düşüncə quruluşu Council on Foreign Relations-ə danışan Zərif, \”Döyüşmək məcburiyyətində deyilik. Orta Şərqdə bir-birimizi yox saymaq məcburiyyətində deyilik \”dedi.
Zərif, \”Yəməndə və Suriyada anlaşa bilməsək belə birlikdə həll üçün çalışa biləcəyimizi ümid edirəm\” deyə danışdı.
Səudiyyə Ərəbistanı vəliəhd Şahzadəsi Məhəmməd bin Salman da May ayında etdiyi bir şərhdə, \”sünni müsəlman krallıq ilə inqilabçı şiə teokratiyası arasındakı döyüşün Səudiyyə Ərəbistanı sərhədləri içində deyil İran sərhədləri içində reallaşacağını\” söyləmişdi.
Qeyd edək ki, Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya, 2015-ci ildən bəri şiə Husi üsyançılara qarşı döyüşür.
Səudiyyə Ərəbistanı İranı, Husilərə hərbi və iqtisadi dəstək verməklə günahlandırır. Tehran rəhbərliyi isə bu iddiaları rədd edir.

İnterpress.az