Aprel döyüşləri qəhrəmanlarının şücaətləri rəsm əsərlərində – JEM-dən layihəbackend

Aprel döyüşləri qəhrəmanlarının şücaətləri rəsm əsərlərində – JEM-dən layihə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında layihənin təqdimatı keçirilib. İncəsənət ocağının rəhbərliyi, rəsm müəllimləri və yeniyetmə rəssamlarla görüşən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, onun rəhbərliyi ilə iyul-noyabr aylarında davam edəcək layihəyə rəsm dərnəyində təhsil alan yeniyetmələr cəlb olunacaqlar.

Rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər. Sərgisi keçiriləcək əsərlər sonda muzeyə hədiyyə olunacaq.

Layihə rəhbərinin sözlərinə görə, məqsəd əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğurunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir. Rəsm müəllifləri diplom və hədiyyələrlə mükafatlanacaqlar.

Aprel döyüşləri qəhrəmanlarının şücaətləri rəsm əsərlərində - JEM-dən layihə

İnterpress.az