Səudiyyə Ərəbistanıda mini ətəkli qadın qalmağal yaratdı – VİDEObackend

Səudiyyə Ərəbistanıda mini ətəkli qadın qalmağal yaratdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, videoda \”Kulud\” adlı maneken qadının Şakrak şəhəri yaxınlığındakı tarixi Uşaykır kəndində, boş bir küçədə gəzdiyi görünür.
Səudiyyə Ərəbistanında qadın paltarlarına qarşı ciddi qaydalar var. Qadınların başörtüksüz gəzmələri və avtomobil istifadə etmələrinin qadağan olduğu ölkədə, qadınların qohum olmadıqları kişilərlə küçəyə çıxmalarına da icazə verilmir.
Sosial mediada görüntülər böyük müzakirə yaratdı, bəziləri qadının qanunları pozduğunu söylədi.
Bəziləri isə, qadını \”cəsarətinə\” görə təbrik etdi.
Görüntülərin paylaşıldığı kənd, Səudiyyə Ərəbistanının ən mühafizəkar bölgələrindən Necidde yerləşir.
İlk olaraq Snapchat tətbiqindən paylaşılan video, qısa müddətdə Twitterdə yayıldı.
Bəzi istifadəçilər qadının cəzalandırılması lazım olduğunu, bəziləri də qadın nə istəsə onu geyinə biləcəyini müdafiə etdi.
Ölkədəki bəzi şərhçilər, bölgəyə \”din polislərinin geri gətirilməsinə ehtiyac duyduqlarını\” söylədi.
Din polisi səlahiyyətliləri Twitterdən etdiyi şərhdə videoyla bağlı əlaqədar səlahiyyətlilərlə təmasda olduqlarını bildirib.
Qeyd edək ki, keçən il paytaxt Riyadda məşhur bir kafenin qarşısında çəkilmiş başörtüksüz fotoşəkilini Twitterdə paylaşan bir qadın həbs olunub.

İnterpress.azhttps://youtube.com/watch?v=4n_LelQS2-g