Ayı rayon sakinlərinə hücum etdibackend

Ayı rayon sakinlərinə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Dilman kəndi ərazisindəki taxıl sahəsində baş verib.

Kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov özlərinə məxsus 4 baş iribuynuzlu heyvanı gecə saatlarında biçilmiş taxıl sahəsində otararkən qəflətən ayının hücumuna məruz qalıblar.

Kənd sakinləri qaça bilsə də, ayı otlaqdakı iki inəyi parçalayıb, ikisini isə ağır yaralayıb.

Hazırda yaralı heyvanlar baytar nəzarətindədir.

Dağlıq ərazidə yerləşən Dilman kəndin sakinləri mal-qaranın tez-tez ayı, canavar, çaqqalların hücumuna məruz qaldığını bildiriblər.

İnterpress.az