Ağsuda peyda olan böyük Qafqaz gürzəsi öldürüldübackend

Ağsuda peyda olan böyük Qafqaz gürzəsi öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Trend-ə istinadla məlumatına görə, hadisə rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verib.

Heyvandarlıqla məşğul olan kənd sakinləri sahədə qəribə səs eşidiblər. Səs istiqamətinə yollanan sakinlər sahədə böyük ilanla qarşılaşıblar. Ən zəhərli ilanlardan hesab edilən gürzə ilanını ağacla öldürmək mümkün olmayıb. Çarəsiz qalan sakinlər ilanı ov tüfəngi ilə öldürüblər.

Öldürülən ilan Qafqaz gürzəsidir. Gürzənin uzunluğu 2 metr 60 santimetr olub.

Sakinlər Trend-ə bildiriblər ki, bu növ ilanlar son günlər Bico kəndinin ərazisinə yayılıb. Son bir ayda kənd ərazisində 20-dən artıq gürzə öldürülüb.

İnterpress.az