Sığınacaq düşərgəsində partlayış! Ölü və yaralılar varbackend

Sığınacaq düşərgəsində partlayış! Ölü və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Azad Suriya Ordusuna (OSO) bağlı qaynaqlardan alınan məlumata görə, sərhəd bölgəsində Suriyalı sığınmacıların yaşadığı Rakban düşərgəsində Amur tayfasına bağlı bir ailənin qaldığı çadırda partlama meydana gəldi.

Hadisədə eyni ailədən 2-si uşaq 3 adam öldü, 2-si uşaq 3 adam da yaralandı.

Partlamanın səbəbinin təyin olunması üçün iş başladıldı.

Qeyd edək ki, İordaniya-Suriya sərhədində bölgədə qalan, hər hansı bir ölkə tərəfindən yönətilməyən, nizamsızlığı və sərhədlərinin naməlumluğu səbəbiylə idarənin təmin edilməsinin çətin olduğu Rakban düşərgəsində 85 min Suriyalı sığınacaq axtaran şəxslər yaşayır.

İnterpress.az