DİM-dən saxta profillərlə bağlı açıqlamabackend

DİM-dən saxta profillərlə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİM-dən verilən məlumatda bildirilir ki, aparılan araşdırmalar və DİM-ə ünvanlanmış çoxsaylı müraciətlər \”İnstagram\” şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və profillərin fəaliyyət göstərdiyini göstərir:

“Həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Nəzərinizə çatdırırıq ki, DİM-in “İnstagram” sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir. Buna görə də xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz”.

İnterpress.az