Duterteyə dəstək artırbackend

Duterteyə dəstək artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma şirkəti Pulse Asia tərəfindən aparılan anket suallarına görə Dutertenin mart ayında yüzdə 78 ətrafında olan xalq dəstəyi iyul etibarilə yüzdə 82-ə yüksəlmiş vəziyyətdə. Şirkət səlahiyyətliləri, Dutertenin ölkənin müxtəlif guşələrində yaşayan bütün sosial-iqtisadi qrupların dəstəyini aldığını vurğulayır. Dutertenin vəzifəyə gəlməsindən bu yana təşkil edilən əməliyyatlarda 5 mini aşan adamın öldüyü bilinir. Eyni dövrdə ölkə daxilində 8 mindən çox mütərəddid cinayət işlənmiş olması, polis və təhlükəsizlik qüvvələrinin mühakiməsiz edamlar reallaşdırdığı şərhlərinə gətirib çıxarır.
Duterte, uzun müddət bələdiyyə başçısı olaraq xidmət etdiyi Davao şəhərində etdiyi çıxışında yeni bir sənədə imza atdı. Uşaqlara qarşı cinsi təcavüz edən cinayətkarları tənqid edən Duterte, \”Xoşlamadığım bir şey uşaqların təcavüzə uğraması, bəlkə bir kainat gözəlinə öləcəyini bilə-bilə təcavüz etmə cəsarəti göstərən birini təbrik edə bilərəm, onu başa düşərəm, amma uşaqlar??? \”dedi. Xatırladaq ki, Duterte, əməliyyatlara qatılan əsgərlərə, təcavüz hadisələrinə qarışmaları halında günahı özünün üzərinə götürəcəyi zəmanətini vermişdi.

İnterpress.az