Səudiyyə Ərəbistanından Türkiyəyə xəbərdarlıqbackend

Səudiyyə Ərəbistanından Türkiyəyə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyndə Qətər əlaqələri kəsməsinin ardından bu gün Səudiyyə Ərəbistanının Birləşmiş Millətlər nümayəndəsi Abdullah Əl Müəllimi, BMT həmkarı ilə bir araya gəldi. Dörd ölkənin xarici işlər nazirləri tərəfindən alınan 6 qərara Qətərin də uyğun gəlməsi lazım olduğunu söyləyən Əl Müəllimi, terrorla mübarizə və nifrət ifadəsi kimi hücumları ehtiva edən bu qərarlara riayət etməyin asan olacağını ifadə etdi.
Dünya mətbuatının AP-yə söykədiyi xəbərdə Əl Müəllimi, Al Jazeeranın bağlanılmasının zərurət olmadığını ifadə edərkən, \”Əgər nifrət ifadəsi Al Jazeerayı bağlamadan edə bilsək bu yolu seçim edirik\” dedi.
Əl Müəllimi, \”Əgər Türkiyədəki qardaşlarımız Ərəb dünyasına gizli gizli girərək müdaxilə etməyi düşünürsə, bunun dövrünün keçdiyini fərq etməlidirlər. Əgər Türkiyə quruluşçu bir rol boynuna götürmək istəsə, bunu etməsini istəyərik, lakin hərbi əsaslar ya da hərbi müdaxilə məntiqli olmayacaq və Türkiyənin Ərəb dünyasındakı reputasiyası zədələnəcəkdir \”dedi.

İnterpress.az