Vidadi Zeynalov: “Mən ömrümdə heç kəsə pislik etməmişəm”backend

Vidadi Zeynalov: “Mən ömrümdə heç kəsə pislik etməmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Vidadi Zeynalov son sözündə ittiham aktını qəbul etmədiyini deyib. O, hər zaman fəaliyyət göstərdiyi sahələrin inkişafına çalışdığını bildirib: \”Mən ölkə rəhbərinə, dövlətimizə və xalqıma sədaqətlə xidmət etmişəm. Mən ömrümdə heç kəsə pislik etməmişəm. Bütün həyatım boyu yalnız insanların yaxşı yaşaması üçün çalışmışam”.

V. Zeynalov sonda ölkə prezidenti İlham Əliyevdən əfv istəyib və hakimlər kollegiyasından barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov da son sözlə çıxış edib. O, özü ilə yanaşı digər təqsirləndirilən şəxslərin rabitə sahəsində mühüm işlər gördüyünü xatırladıb. M. Məmmədov səhvlərinin olduğunu etiraf edib: \”Düzdür, səhvlərimiz olub. Mən də barəmizdə ədalətli qərar çıxarmağınızı xahiş edirəm\”.

Təqsirləndirilən Beytulla Hüseynov da səhvinin olduğunu deyib: \”Ancaq təəssüflər olsun ki, rabitə sahəsində mühüm işlər görsək də, bizi mətbuatda cinayətkar kimi təqdim edirlər. Buna təəssüf edirəm. Hardasa səhvlərimiz olub, buna görə barəmizdə ədalətli qərar verməyinizi xahiş edirəm, fəaliyyətimizi nəzərə alın\”.

Digər təqsirləndirilən Oqtay Rüstəmov da son sözündə fəaliyyətində cinayət tərkibi olmadığını deyib. O da barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Proses davam etdirilir. ( apa )

İnterpress.az