Çində WhatsApp-a senzura qoyulub?backend

Çində WhatsApp-a senzura qoyulub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bbc-yə istinadən bildirir ki, senzura süzgəçini yarmaq üçün səs, şəkil və video ismarışlarını yalnız virtual özəl şəbəkə üzərindən (VPN) göndərmək mümkündür. Problemlərin yaşandığı barədə ilk xəbərlər bazar günü verilib. Lakin belə görünür ki, şifrələnmiş mesajlaşma xidməti çərşənbə günü səhər saatlarında normal qaydada işləyib. Hazırda isə yenidən problemlərin ortaya çıxması barədə xəbərlər daxil olur.
Hakimiyyət mesajlaşma platformasının bloklandığını elan etməyib. Çin onlayn xidmətlərinə qarşı məhduddiyyətlərin tətbiqi barədə iddiaları rədd edir. WhatsApp hadisəyə münasibət bildirməyib.

İnterpress.az