ABŞ-dan “müstəqillik referendumu” açıqlamasıbackend

ABŞ-dan “müstəqillik referendumu” açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Haley, BMT Baş katibinin İraq xüsusi nümayəndəsi Jan Kubis ilə görüşməsinin ardından etdiyi yazılı şərhdə, Kubislə İraqda Mosulun terror təşkilatı DEAŞ-dan qurtarılmasından sonrakı vəziyyəti və xalqın evlərinə dönməsini danışdıqlarını bildirib.

Görüşdə, İraqlı kürdlərin qanuni istəklərinə hörmət duyduğunu ifadə edən Haley, \”Hər cür müstəqillik referendumu, İraq üçün prioritet olan DEAŞ ilə mübarizə və ölkənin bütün İraqlılar üçün sabit hala gətirilməsi hədəflərindən diqqətlərin dağılmasına səbəb olur. Bundan narahatıq\”- ifadələrini istifadə etdi.
IKBY Başçısı Məsud Bərzani, IKBY parlamentində yer alan siyasi partiya nümayəndələri 7 iyunda Erbildə etdiyi yığıncaqda \”müstəqillik referendumu\” üçün 25 sentyabr tarixinin təyin olunduğu açıqlamışdı. Statusu mübahisəli Kərkükün də referenduma daxil ediləcəyi yazılmışdı.

İraq Baş naziri Heydər əl-İbadi də dünən etdiyi şərhdə, referendumun \”konstitusiya olmadığını\” ifadə edərək, \”IKBY, İraqın bir hissəsidir. Kürdlər, İraqın birinci dərəcə vətəndaşıdır və belə də qalacaq. Kürdlərin mənfəəti İraqın içərisində qalmaqdır. Ticarət, iqtisadi və digər bütün sahələrdə bu belə. Qonşu ölkələr də buna milli təhlükəsizlik olaraq baxır. Bunda da haqlıdırlar, həmrəyliyə davam etməyimizi arzu edirəm \” demişdi.

İnterpress.az