Lapşin məhkəmədə son söz dedibackend

Lapşin məhkəmədə son söz dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edib.

O, A.Lapşinə bəraət verilməsini istəyib.

Sonra bolqqerin özü son söz deyib.

Hakimlər müşavirəyə gedib. Onların müşavirədən qayıtdıqdan sonra hökmü elan edəcəkləri gözlənilir.

Qeyd edək ki, ötən prosesdə prokuror A.Lapşinə 6 il 6 ay cəza verilməsini istəmişdi.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub. ( report.az )

İnterpress.az