Trump, Almaniyada Putinlə iki dəfə görüşüb…backend

Trump, Almaniyada Putinlə iki dəfə görüşüb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Hamburg şəhərində keçirilən G-20 sammitində ABŞ prezidenti Donald Trump ilə Rusiya Dövlət Başçısı Vladimir Putinin rəsmi görüşmələrinin ardından bir daha bir araya gəldiyi bildirildi.

Amerika mediasına danışan və adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi, Trump ilə Putinin 7 iyulda ikitərəfli görüşdən sonra qeyri-rəsmi olaraq bir dəfə daha görüşdüklərini ifadə edib.

Səlahiyyətliyə görə iki lider, iki saatdan çox davam edən ikitərəfli rəsmi görüşdən bir müddət sonra G-20-axşam yeməyinin reallaşdığı hissədə bir dəfə daha görüşüb.

Müsahibənin müddəti və məzmununa bağlı şərh etməyən səlahiyyətli, Trump ilə Putinin Almaniyada iki dəfə görüşdüyü istiqamətindəki iddiaları təsdiq edib.

Daha əvvəl siyasi analiz firması Eurasia Groupun başçısı İan Bremmer, iki liderin axşam yeməyində bir saata yaxın görüşdüklərini və görüşdə Trump və Putin xaricində yalnız Putinin tərcüməçisi olduğunu ifadə etmişdi. Bremmer, ABŞ tərəfinin tərcüməçisi olmamasını da tənqid etmiş, bunun bir təhlükəsizlik açığı olduğunu müdafiə etmişdi.

Qeyd edək ki, Trump ilə Putin, 7 iyulda Hamburgda G-20 Zirvəsi çərçivəsində ilk dəfə üz-üzə görüşmüş, iki saatı aşan görüşdə Rusiyanın Amerika prezident seçkilərinə müdaxiləsindən Suriyadakı atəşkəsə qədər bir çox mövzuda fikir mübadiləsi apardıqları bildirilmişdir.

İnterpress.az