BBC, işçilərinin qazandığı pulu açıqladı – Ortalıq qarışdıbackend

BBC, işçilərinin qazandığı pulu açıqladı – Ortalıq qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə dövlət televiziyası və radiosu BBC, tarixində ilk dəfə işçilərinə ödənilən pulu açıqladı. Açıqlanan rəqəmlər ölkədə rəsmi olaraq maraq yaratdı. BBC-də ən yüksək pulu qazanan adların ağırlıqlı olaraq kişi olması və ortalama olaraq kişilərin qadınlardan təxminən dörd qat daha çox qazanması müzakirəyə səbəb oldu.
İngiltərənin nüfuzlu xəbər platformalarından İndependent, \”Ən çox qazanan kişi ilə ən çox qazanan qadın arasında böyük bir fərq var. BBC-də \”cinsiyyət fərqi\” şəklində oxucularına təqdim etdi.
BBC-nin ən çox qazanan adı radio spikeri Chris Evans olarkən, illik 2.2 milyon pound ilə 2.25 milyon pound qazandığı qeyd edildi. Ən çox qazanan qadın isə BBC NEWS-UN siyasət redaktoru Laura Kuenssberg oldu. Kuenssbergin 200.000 ilə 250.000 pound arasında pul qazandığı qeyd edildi.
BBC-nin ümumi 214 işçisinə illik 150.000 pounddan çox verdiyi açıqlanarkən, bu adların illik qazancı 150.402 pound qazanan Baş nazir Theresa Mayın geridə buraxdığı ifadə edildi. BBC-nin hesabatına görə 7 adamın illik yarım milyon çox £ pul ödənir. Qadın haqqları müdafiəçiləri bu adların hamısının kişi olduğu söyləyərkən, bunun ayrı-seçkilik olduğunu ifadə etdi.

İnterpress.az