Hamilə qadın qaynatası və qaynanası tərəfindən döyüldübackend

Hamilə qadın qaynatası və qaynanası tərəfindən döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib. Nəticədə o qaynatası və qaynanası tərəfindən döyülüb. O bədənindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Həkimlərin verdiyi məlumata görə, M.Rəcəbova hamilə olduğundan xəsarətləri onun qarın nahiyyəsinə dəyib. Buna görədə qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. ( report.az )

İnterpress.az