Savçenko partiya yaratdıbackend

Savçenko partiya yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Bu barədə Ali Radanın deputatı Nadejda Savçenko özünün “Facebook” səhifəsində yazıb.

“Artıq mən yalnız fraksiyadan kənar deputat yox, həmçinin siyasi partiyanın lideri və sədriyəm”, – N.Savçenko yazıb. O qeyd edib ki, “Nadejda Savçenkonun ictimai-siyasi platforması” partiyası iyulun 17-də qeydiyyata alınıb. Partiyanın məqsədi Ukraynada konstitusiya yolu ilə siyasi sistemi dəyişməkdir.

Xatırladaq ki, 2016-cı ilin aprelində Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 25 may 2016-cı ildə isə Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib.

İnterpress.az