Rusiya iddiaları: Trumpın oğlu və köməkçiləri ifadə verəcəkbackend

Rusiya iddiaları: Trumpın oğlu və köməkçiləri ifadə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Trump Jr, atasının seçkilərdəki rəqibi Demokrat namizəd Hillari Klinton ilə əlaqədar zərərli məlumatlara sahib olduğu və Kremlin ilə əlaqələri olduğu iddia edilən Ruas vəkil Natalia Veselnitskaya ilə görüşməyi qəbul etmişdi.
Prezidentin oğlu Trump Jr, kürəkəni Jared Kushner və Trumpın seçki kampaniyasını idarə edən Paul Manafort, Rus vəkil Natalia Veselnitskaya ilə iyun 2016-da New Yorkdakı Trump Towerda görüşmüşdü.
Trump Jr, rus vəkillə görüş təklifinə razılıq verdiyini göstərən elektron poçtları nümayiş etdirmişdi.
Çərşənbə günü şərh edən ABŞ Senatı Mühakimə Komitəsi, Trump Jr və Manafortun 26 iyulda ediləcək iclasda ifadə verməyə çağırıldığını bildirib.
Kushner isə 24 iyulda bağlı qapılar ardından ediləcək bu iclasda Kəşfiyyat Komitəsinin suallarını cavablayacaq.

İnterpress.az