Beyin üçün ən faydalı ədviyyatbackend

Beyin üçün ən faydalı ədviyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir araşdırmalar bibəriyənin güclü xərçəng əleyhinə təsiri aşkar edib. Eksperimentlər göstərib ki, bibəriyənin tərkibində olan maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir.
Bundan əlavə elmdə bibəriyənin beyinə olan güclü müsbət təsiri sübut edilib. Bu ədviyyat beyinin fəaliyyətini, yaddaşı, zehni, əhvalı yaxşılaşdırır, baş ağrıları azaldır. Hətta bibəriyənin ətri beyinin fəaliyyətinə müsbət təsir edir.
Alimlər beyinin sağlamlığını qoruyub saxlamaq, beyində yaşlanma proseslərini ləngitmək üçün bu ədviyyatdan istifadə etməyi tövsiyə edirlər.
Həmçinin bibəriyə immun sistemini və qaraciyəri möhkəmləndirmək, qan dövranını yaxşılaşdırmaq və saçların uzanmasını sürətləndirmək kimi faydalı xüsusiyyətlərə malikdir.

Beyin üçün ən faydalı ədviyyat

İnterpress.az