MEK Rusiyanın Arxangelsk Vilayətindəki Azərbaycan diasporasına ədəbiyyat göndəribbackend

MEK Rusiyanın Arxangelsk Vilayətindəki Azərbaycan diasporasına ədəbiyyat göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı məktuba əsasən xüsusi seçilmiş ədəbiyyatın əksəriyyəti rus dilindədir. Əsasən Azərbaycanın zəngin və qədim mədəniyyətini, incəsənətini, tarixini, müasir siyasi vəziyyətini əks etdirən ədəbiyyat siyahısında klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən Nizami Gəncəvinin əsərləri, S.Aşurbəylinin “Bakı şəhərinin tarixi”, “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan folkloru”, “Azərbaycan musiqi elmi”, B.Kərimovun “Azərbaycanın qədim yaşayış məskənləri”, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklpodediyası”, A.Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, deportasiyası və ərazi iddiaları”, N.Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”, “Erməni terrorçu və quldur dəstələrinin insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” və təbliğat əhəmiyyətli digər kitablar vardır.
Qeyd edək ki, Azərbaycanlıların Arxangelsk vilayətində diaspor təşkilatının formalaşma tarixi “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan folkloru”, “Azərbaycan musiqi elmi”, B.Kərimovun “Azərbaycanın qədim yaşayış məskənləri”, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklpodediyası”, A.Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, deportasiyası və ərazi iddiaları”, N.Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”, “Erməni terrorçu və quldur dəstələrinin insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” və təbliğat əhəmiyyətli digər kitablar vardır.
Qeyd edək ki, Azərbaycanlıların Arxangelsk vilayətində diaspor təşkilatının formalaşma tarixi 1973-cü ildən başlayır. 2016-cı ildən daha aktiv fəaliyyətə keçən “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı Azərbaycan mədəniyyətinin Şimali Rusiyada təbliği, tanıdılması, Arxangelsk vilayətində Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində ardıcıl işlər görmüş, bir çox ilklərə imza atmışdır. Təşkilat həmçinin Arxangelsk şəhəri rəsmilərinin Azərbaycanın bir sıra dövlət qurumları ilə əməkdaşlığının yaradılmasında, Arxangelsk və Bakı şəhərləri arasında iqtisadi, mədəni, təhsil əlaqələrinin təşkilində vasitəçi missiyasını yerinə yetirmişdir.
Xatırladaq ki, Azərbaycanın tarix və mədəniyyətinin təbliğini əsas fəaliyyət meyarlarından biri kimi diqqətdə saxlayan Mərkəzi Elmi Kitabxana ölkə içində və xaricdə fəaliyyət göstərən müxtəlif qurumlarin – səfirliklərin, diaspor numayəndəliklərinin milli təbliğ yönümlü işlərinə xüsusi əhəmiyyət verir və bu səpkidə bütün müraciətlərə dəstək verməyə hər an hazırdır.

İnterpress.az