Kompüter oyunları yaddaşı yaxşılaşdırırbackend

Kompüter oyunları yaddaşı yaxşılaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu məlumatı ScienceDaily saytı yayıb.
Alimlər çox maraqlı eksperiment aparıblar. Eksperimentdə bu vaxta qədər kompüter oyunlarına marağı olmayan tələbələr iştirak ediblər. Tələbələr 2 həftə ərzində hər gün yarım saat 3D kompüter oyunlarına vaxt ayırırdılar. Alimlər eksperimentdən əvvəl və sonra xüsusi testlərin köməyi ilə tələbələrin yaddaşını qiymətləndiriblər.
Eksperimentdən sonra məlum olub ki, tələbələrin yaddaşı 12% artıb. Alimlərin fikirinə görə, bu çox yaxşı nəticədir. Belə ki, 45 yaşından 70 yaşına kimi insanın yaddaşı təxminən bu qədər azalır.
Yaxın zamanlarda alimlər 3D oyunlarının yaşlı insanların yaddaşına olan təsirini öyrənmək istəyirlər.
Alimlər kompüter oyunlarını insult keçirilmiş insanların reabilitasiya proqramına daxil etmək tövsiyə edir.

İnterpress.az