Demensiya riskini azaltmaq üçün dəyişdirməniz lazım olan 9 şeybackend

Demensiya riskini azaltmaq üçün dəyişdirməniz lazım olan 9 şey

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmanın nəticələrinə görə, beyin sağlığına diqqət göstərənlərin sayı artarsa, 3 demensiya hadisəsindən birinin qarşısı alına bilər.
Həyatı boyunca təhsili və yeni şeylər öyrənməyi davam etdirmək də demensiya hallarının qarşısını ala bilər.
Araşdırma təhsili tamamlamamaq, eşitmə hissini itirmək, siqaret çəkmək və hərəkətsizlik kimi 9 amilə diqqət yönəldib.

2050-ci ildə 131 milyon hadisə
24 beynəlxalq tibbi mütəxəssisin iştirakı ilə hazırlanan araşdırmanın hesabatına görə, 2050-ci ildə dünya miqyasında 131 milyon insan demensiya xəstəliyinə yoluxa bilər.
Günümüzdə 47 milyona yaxın insanın bu xəstəliklə mübarizə apardığı ehtimal olunur.

Həyat tərzimizdə nəyi dəyişdirməli, hansı narahatlıqlarımızı sürətlə müalicə etməliyik?

Doqquz amil və demensiya riskindəki payları:

Orta yaşda eşitmə hissini itirmək – 9%
Məktəbi bitirməmək – 8%
Siqaret çəkmək – 5%
Depresiya – 4%
Fiziki fəallıq – 3%
Sosial həyatdan kənarlaşma – 2%
Yüksək təzyiq – 2%
Obezite – 1%
2-ci növ diabet – 1%

Məktəbi bitirmək vacibdir

Bu amillərin demensiya riskindəki ümumi payı 35 faizdir.
Qalan 65 faiz isə fərdin nəzarəti xaricindədir.
Araşdırma həmçinin beynin hüceyrələrini gücləndirmənin, irəlidəki yaşlarda baş verəcək mümkün ziyanlara baxmayaraq beynin sağlam bir şəkildə fəaliyyət göstərməsini təmin edəcəyini müəyyən edib.
Yəni \”təfəkkür ehtiyatlarını\” inşa etmək, başqa sözlə desək əqli ehtiyatda saxlamaq lazımdır.
Koşan çiftFotonun müəllifiGETTY IMAGES
Bu səbəbdən də məktəbi bitirməyin vacibliyinə diqqət yönəldilib.
Orta yaşda eşitmə hissini itirmək də digər böyük bir amildir.

21-ci əsrin ən ölümcül xəstəliyi?

Araşdırmanın verdiyi vacib mesajlardan biri ürək üçün yaxşı olan şeyin beyin üçün də yaxşı olmasıdır.
Siqaret çəkməmək, məşq etmək, sağlam çəkiyə sahib olmaq, yüksək təzyiq və diabet xəstəliyini müalicə etmək təkcə demensiyanı deyil, ürək çatışmazlığı və xərçəng riskini də azaldır.
Araşdırma kifayət qədər məlumat olmadığına görə, qidalanma vərdişləri və spirtli içkinin mümkün təsirlərini müəyyənləşdirməyib.Lakin hər iki amilin təsirinin böyük olduğu ehtimal olunur.
Altsheymer xəstəliyi mütəxəssisi professor Doug Brown demensiyanın yaxında 21-ci əsrin ən ölümcül xəstəliyi elan edilə biləcəyini söyləyib. (bbc)

İnterpress.az