İran, ABŞ-ın yeni embargolarına qarşı Nüvə Mərmi Kartını irəli sürdübackend

İran, ABŞ-ın yeni embargolarına qarşı Nüvə Mərmi Kartını irəli sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani, İran dövlət televiziyasında etdiyi şərhdə, Amerikanın bəzi hərəkətlərinin nüvə razılaşmanın ruhuna və tələbləri zidd olduğunu ifadə edərək, \”Bu planlara və hərəkətlərə müqavimət göstərəcəyik\” dedi.

ABŞ-ın İranın razılaşma öhdəliklərini yerinə yetirmədiyinə bağlı iddialarının Amerikanın planlarından biri olduğunu söyləyən Ruhani, \”Beynəlxalq öhdəliklərə daim hörmət edəcəyimiz üçün Amerikalıların uğursuz olacağını düşünürəm\” deyə danışdı.

Trump rəhbərliyi, dünən İrana ballistik raket proqramı və terror təşkilatlarına yardımları səbəbiylə yeni iqtisadi sanksiyalar gətirdiyini açıqlayaraq, 18 təşkilat ya da fərdin yeni sanksiyalardan təsirlənəcəyini ifadə etmişdi.

İnterpress.az