İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edildibackend

İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində təqdim edib. MŞ sədri bildirib ki, kütləvi informasiya vasitələri (KİV) arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, KİV-in müstəqilliyinin dəstəklənməsi, maddi – texniki bazanın möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində yürütdüyü davamlı siyasətə görə Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Ə. Amaşov daha sonra mükafatı dövlət başçısına təqdim edib.

İnterpress.az