Təhsil Şöbəsindən məktəblinin zorlanmasına münasibət – “Ya direktor işdən gedəcək, ya da mən”backend

Təhsil Şöbəsindən məktəblinin zorlanmasına münasibət – “Ya direktor işdən gedəcək, ya da mən”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil şöbəsinin müdir əvəzedicisi İsmayıl Mehdiyev AzNews.az-a açıqlamasında hadisənin araşdırılacağını bildirib:

“Mən bütün direktorlara tapşırmışam ki, hər hansı neqativ hadisə olsa bu barədə dərhal mənə məlumat versinlər. Əgər belə hadisə həqiqətən olubsa və mənə deyilməyibsə ya direktor işdən gedəcək, ya da mən”.

Kürdəmir rayonunda məktəbli oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. Lent.az xəbər verir ki, rayonun kəndlərindən birində 18 yaşlı Mustafa Mehdiyev (ad və soyadlar şərtidir) həmkəndlisi, 13 yaşlı Fərid Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin şəxsin törətdiyi əməli videolentə alması səbəbindən məsələ seksual zorakılığa məruz qalmış yeniyetmənin valideynlərinə çatıb və onlar polisə müraciət ediblər.

Müraciət əsasında araşdırmalar aparılıb və fakt təsdiqini tapıb. M.Mehdiyev həbs edilərək Gəncə İstintaq Təcridxanasına göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə iş başlanılıb.

İnterpress.az