Nişanlısını vəhşicəsinə öldürdübackend

Nişanlısını vəhşicəsinə öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Məcidov 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin martında Binə qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü qaytarıb. N.Məcidov gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisə yerinə gələn İ.Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva da bıçaqlanıb.

Hadisə nəticəsində İ.Ağayeva ölüb, R.Ağayeva isə xəstəxanaya yerləşdirilib.

İnterpress.az