Hindistanın yeni prezidentibackend

Hindistanın yeni prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hakim koalisiyanın namizədi Ram Natx Kovind prezident seçilib. Yeni prezident seçicilərin böyük əksəriyyətinin səsini toplayıb.

Həftənin bazar ertəsi keçirilən seçkilərdə seçicilərin 65.65 faizi Kovindin lehinə səs verib. Parlamentin aşağı palatasının keçmiş spikeri və müxalifətin namizədi Meyru Kumar isə 34.35 % səs toplayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Anup Mişra qalibin adını elan edib.

Yeni prezidentin inauqurasiya mərasimi 23 iyul tarixində keçiriləcək. Kovind bu il 82 yaşı tamam olan Pranab Kumar Mukercini əvəz edəcək.

Qeyd edək ki, Pranab yenidən seçilmək istəmədiyini əvvəlcədən bəyan etmişdi.

İnterpress.az