Səudiyyə Kralı Salman şahzadəni nəzarətə saldıbackend

Səudiyyə Kralı Salman şahzadəni nəzarətə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz əl Səudun təlimatıyla Şahzadə Səud bin Əbdüləziz Bin Müsaid, internetdə nəşr olunan videoları səbəbiylə nəzarətə alındı. Şahzadə videolardan birində evinin yanına avtomobil saxlayan bir adamı mərhəmətsizcəsinə döyürdü. Bolluca şiddət ehtiva edən videoda arxa planda 18 ədəd viski şüşəsi də görsənirdi.
Səudiyyə Ərəbistanı Dövlət Televiziyası, Kral Səlmanın Şahzadə Səud Bin Əbdüləziz Bin Müsaidə video çəkilşə yardımçı olan şəxsləri nəzarətə alınmasını eşitdirdi.
Kralın həmçinin ölkədəki şəriət qanunlarına uyğun olaraq məhkəmədən bir qərar çıxana qədər şahzadə və digərlərinin sərbəst buraxılmaması təlimatını verdiyi də ifadə edildi. Təlimatda, Kral Səlmanın xalqdan statusunu ya da səlahiyyətlərini sui-istifadə edən şəxslərə qarşı oyanıq olmasını istədiyi də açıqlandı.

İnterpress.az